Ac canavar donaraq öldü – VİDEO
21
yan
2019
14:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Sivas bölgəsində həyat donub.
BAKU.WS xəbər verir ki, Sivas bölgəsində hava temperaturunun 28 dərəcəyə düşməsi yaşayışı iflic vəziyyətinə salıb. İmranlı kəndində isə vəziyyət daha kəskin vəziyyətə düşüb. Belə ki, yollarda buz qatı 50 sm-i keçib. Evlərə çəkilən borular donduğu üçün içməli su qəhətə çıxıb. Elektrik xətləri də sıradan çıxıb. Ən acınacaqlısı isə vəhşi heyvanları meşədən kəndlərə axın etməsidir. Kənd yolunda şaxtadan donaraq ölən vəhşi heyvan cəsədlərinə rast gəlmək olur. Kənd sakinləri bu gün səhər ağ canavarın yolun kənarında cəsədinə rast gəliblər. Canavarın ac olduğu üçün kəndə girmək istədiyini ehtimal edirlər. Lakin havanın şaxtasına dözməyən vəhşi heyvan yolda donaraq ölüb. BAKU.WSOxşar xəbərlər
Azərbaycanda DƏHŞƏT: vəhşi heyvanlar evə soxulub kişini yatağında parça-parça etdi
Dekabrın 19-da Daşkəsən rayonunun Almalı kəndində evdən kişi meyiti tapılıb.BAKU.WS “publika.az-a istinadən xəbər verir ki, kəndin kənarında, meşəlik ərazidə ye...