"Toplum TV" işə bağlı daha bir nəfər barəsində həbs qətimkan tədbiri seçilib
"Toplum TV" işi ilə bağlı təqsirləndirilən və barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş Fərid İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.
"Report" xəbər verir ki, bu barədə Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən Fərid İsmayılov barəsində 2 ay 20 gün müddətinə qətimkan tədbiri seçilib.
***17:06
"Abzas Media" işə bağlı təqsirləndirilən və barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş Fərid İsmayılov saxlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Fərid İsmayılov hazırda barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə aparılır.
İstintaq orqanı Fərid İsmayılov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat verib.
Qeyd edək ki, ötən il Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Akif Qurbanova, Ələsgər Məmmədli və daha bir neçə nəfər saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
Qarabağ separatçılarının cinayət işi üzrə zərərçəkənlərin sayı məlum olub
Azərbaycanlılara qarşı hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin işi üzrə zərərçəkmişlərin sayı məlum olub. "Report" xəbər verir ki, bu barədə məhk...