Abşeronda zəncirvari yol qəzasında bir nəfərin qolu sınıb - FOTO

Abşeronda zəncirvari yol qəzasında bir nəfərin qolu sınıb - FOTO
Foto
Hadisə 76

Bakı-Sumqayıt şossesində yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesinin Masazır qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

“Nissan” markalı maşını idarə edən sürücü eyni istiqamətdə gedən “Opel”ə çırpılıb. Zərbənin gücündən “Opel” markalı maşın “Hyundai”a dəyib. Qəza nəticəsində “Nissan”ın sürücüsü ağır xəsarət alıb. O, qol sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər