Abşeronda qonşusunun pulunu mənimsəyən şəxslə bağlı cinayət işi başlanılıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayon sakini Əbülfət Əlizadənin 7700 manat məbləğində pulunun müxtəlif bəhanələrlə qonşusu Səfərov Qabil Abdulla oğlu tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı ərizəsi Abşeron rayon prokurorluğu tərəfindən nəzarətə götürülməklə müraciət əsasında Abşeron rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Prokurorluğa müraciət edərək məmnun qalan zərərçəkmiş Əbülfət Əlizadə Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.
Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən qeyd olunan videoçarxı təqdim edirik:
Oxşar xəbərlər
"Akif Çovdarova dedim ki, səni elə kabinetində öldürəcəyəm..."
Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə...