Abşeronda qəza: Bakı-Quba yolunda böyük tıxac yarandı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Abşerondan keçən hissəsində qeydə alınıb.
Vətəndaş Əli Cavadovun idarə etdiyi DAF markalı 99 RP 745 dövlət qeydiyyat nişanlı yük maşını Quba istiqamətində hərəkətdə olan 99 JZ 732 dövlət qeydiyyat nişanlı yük maşınına arxadan çırpılıb.
Qəza o qədər güclü olub ki, DAF markalı yük maşını daha sonra arakəsmələrə çırpılıb. Maşının ön hissəsi ciddi zərər görüb.
Hadisə zamanı Bakı-Quba yolunda böyük tıxac yaranıb. Avtomobillər saatlarla yolda qalıb.
Qəza zamanı ölən və ya xəsarət alan olmayıb. Qəza yerinə DYP-nin əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 46 yaşlı kişi qızına və 7 yaşlı uşaqlara TƏCAVÜZ ETDİ - TƏFƏRRÜAT
Azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə və narkotik vasitələrin istifadə etməsində təqsirli bilinən Şəki şəhər sakini, 1973-cü il təvəllüdlü Əl...