Abşeronda kişi üstünə benzin tökərək özünü yandırdı
22
may
2021
09:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeronda intihara cəhd hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Orucov Elman üzərinə benzin tökərək yandırıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Ona bədənin və üz nahiyəsinin 3-cü dərəcəli yanığı diaqnozu qoyulub. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda bir gündə dörd nəfər intihara cəhd etdi
Bakıda iki həftəlik sərt karantin rejiminin ilk günündə Daxili İşlər Nazirliyinin paytaxt bölmələri tərəfindən dörd intihara cəhd hadisəsi qeydə alınıb. BAKU.WS...