Abşeronda keçmiş məhkum qətlə yetirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron Rayon Polis İdarəsinə aprelin 30-da saat 23 radələrində Qobu qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş 59 yaşlı Gülağa Əliyevin öldürülməsi barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə onun qəsəbə sakini Zamir Ağaliyev tərəfindən bıçaqla qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Z.Ağaliyev tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Abşeronda 59 yaşlı kişinin qətli ilə bağlı CİNAYƏT İŞİ AÇILIB
Aprelin 30-u saat 23 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində 1963-cü il təvəllüdlü Gülağa Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat...