Abşeronda evdən üç kişinin meyiti tapıldı

Abşeronda  evdən üç kişinin meyiti tapıldı
Hadisə 283

Abşeron rayonunda 3 nəfər dəm qazından boğularaq ölüb.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə yanvarın 6-da rayon ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışov kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər