Abşeronda ağır çəkili xəstəyə yardım üçün FHN çağırıldı - VİDEO

Abşeronda ağır çəkili xəstəyə yardım üçün FHN çağırıldı - VİDEO
Video
Hadisə 85

Abşeronda ağır çəkili xəstənin təcili tibbi yardım avtomobilinə mindirilməsi üçün FHN-ə müraciət edilib.

Nazirlikdən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Məhəmməd Əsədov küçəsində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Ünvana baxış zamanı 1951-ci il təvəllüdlü Qurbanov Firuddin Oruc oğlu xəstəlik və ağır çəkili olması səbəbindən təcili tibbi yardım avtomobilinə aparılmasında yaranan çətinliklə bağlı köməyə ehtiyacı olduğu müəyyən edilib.

Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşı təhlükəsizlik qaydalarına riayət edərək, xüsusi vasitələrin köməyi ilə fərdi yaşayış evinin 2-ci mərtəbəsindən endirərək təcili tbbi yardım briqadasına təhvil verib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər