Abşeron sakini kirayədə yaşadığı evdə tanışını bıçaqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeronda kirayədə yaşadığı evdə tanışını bıçaqlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə aprelin 11-də rayonun Masazır qəsəbəsi, A.Ələsgərov küçəsində qeydə alınıb.
Belə ki, Cavad Rasim oğlu Məmmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı evdən götürdüyü bıçaqla qəsdən bir dəfə Murad Coşqun oğlu Vəliyevin sol kürək nahiyəsinə vuraraq ağır bədən xəsarətləri yetirib.Cavad Məmmədli şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, zəruri istintaq hərəkətləri aparılır.
Oxşar xəbərlər
Kişi arvadı pomidor almağa göndərib sevgilisini evə çağırdı: “Gördüm, dörd ayaq var” - TƏFƏRRÜAT
Tovuz rayonunda 1986-cı il təvəllüdlü Malik Məmmədalıyev həyat yoldaşı Rəqsanə Məmmədovanı öldürüb. BAKU.WS “teleqraf.com”a istinadən xəbər verir ki, Malik 7 av...