ABŞ-da ağır yol qəzası olub, ölən və yaralananlar var

14
noy
2023
23:55
ABŞ-ın Ohayo ştatında məktəbliləri daşıyan avtobusla yük maşınının toqquşması nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” ABŞ-ın Fövqəladə Hallar Xidmətinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, avtobusda ümumilikdə 57 nəfər olub. Qəza yerli vaxtla saat 9:00 radələrində baş verib.
Qeyd olunub ki, yük maşını qarşısında gedən məktəb avtobusuna çırpılıb. Toqquşmanın səbəbi hələlik məlum deyil.
Oxşar xəbərlər
Şamaxıda turistləri daşıyan avtobusla bağlı ŞOK FAKT - Qəzalı vəziyyətdə imiş... - VİDEO - YENİLƏNİB
Şamaxıda turistləri daşıyan avtobusun qəzaya düşməsi ilə bağlı yeni dettalar üzə çıxıb. BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə baş verməzdən əvvəl avtobus...
