Abşeronda yağış və dolu bir sıra fəsadlar törədib
Abşeronda güclü yağış və dolu bir sıra fəsadlar törədib. Goradildə daş hasar uçub, infrastruktura ciddi ziyan dəyib.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, ölkə ərazisində müşahidə olunan güclü yağış və dolu qəsəbədə ciddi fəsadlar törədib.
Hadisə zamanı ölən və xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib. Uçqun nəticəsində ərazidən keçən qaz, işıq və su xətləri də qırılıb. Sakinlərin sözlərinə görə, güclü yağışdan sonra torpaqda sürüşmə yaranıb və nəticədə hasar uçub. Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.
Fatmayı bələdiyyəsindən "Xəzər Xəbər"ə bildirildi ki, onların ərazi vahidinə daxil olan Goradil qəsəbəsində baş verən hadisə ilə bağlı əraziyə baxış keçirilib. Dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində iş aparılır və vətəndaşa lazımi köməyin göstərilməsi nəzərdə tutulub.
Ətraflı videomaterialda:
Oxşar xəbərlər
Azərbaycanlı gənc Niderlandda faciəvi şəkildə öldü
Gürcüstanın Marneuli bələdiyyəsinin Aşağı Saral (Kvemo Sarali) kənd sakini Niderlandda bədbəxt hadisə nəticəsində vəfat edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər v...