Abşeronda sərxoş qadın sevgilisinin avtomobilini qaçırıb qəza törətdi
14
apr
2026
11:00
Abşeron rayonunda sərxoş qadın sevgilisinin avtomobilini qaçırıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Abşeron rayonu Xırdalan şəhəri ərazisində bir nəfərə məxsus "Toyota" markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, avtomobil sahibinin sevgilisi, 35 yaşlı G.Nəsibova müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin qaçırdığı avtomobillə spirtli içkinin təsiri altında qəza törətdiyi də məlum olub.
Faktla bağlı araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Salyanda sağlamlıq mərkəzinin rəhbərinin meyiti tapıldı, şübhəli şəxs saxlanıldı
İyulun 9-da Bakının Nərimanov rayonu, A.Gəraybəyli küçəsində yerləşən SUDU sağlamlıq mərkəzində işləyən Bakı şəhər sakini, 1988-ci il təvəlüldlü Natiq Fətəliyev...