Abşeronda biraylıq körpə çimizdirilərkən boğulub

Abşeronda biraylıq körpə çimizdirilərkən boğulub
Hadisə 174

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 25.04.2025-ci il tarixində saat 17:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən yenidoğulmuşun boğulması səbəbilə çağırış daxil olub.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 24.03.2025-ci il tarixli yenidoğulmuşun qızın həkiməqədər ölüm faktı qeydə alınıb.

Ailənin bildirdiyinə görə, yenidoğulmuş çimizdirilərkən boğulub.

***09:34

Abşeronda 1 aylıq körpə evdə ölüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Saray qəsəbə sakini, 24.03.2025-ci il təvəllüdlü İnci Quliyeva yaşadığı evdə ölüb.

Körpənin ölüm səbəbləri araşdırılır.

Son xəbərlər