Abşeron rayonunda pirotexniki vasitələr satan iki nəfər saxlanılıb
26
dek
2025
12:13
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışına qarşı profilaktik tədbir həyata keçirilib.
BAKU.WS xəbər verir ki, tədbir zamanı pirotexniki vasitələrin satışı ilə məşğul olan iki nəfər müəyyən olunaraq saxlanılıb.
Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.
Həmin şəxslər barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...