Abşeron rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən "Chevrolet Cobalt" markalı 90-YL-765 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kənan İmanzadə saxlanılıb.
Bu barədə BAKU.WS-ə DİN Mətbuat xidmətindən bildirilib.
O, Xırdalan şəhərində yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradıb.
Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsi idarəetmə hüququnun olmadığı da müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü K.İmanzadə 15 sutka inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...