ABŞ-də iranlı jurnalistə qarşı sui-qəsddə azərbaycanlı təqsirli bilindi

ABŞ-nin federal məhkəməsi Gürcüstan vətəndaşı, əslən azərbaycanlı olan 40 yaşlı Polad Ömərov və İran vətəndaşı 46 yaşlı Rafət Əmirovu İran hökumətinin dəstəyi ilə Nyu-Yorkda iranəsilli amerikalı jurnalist və fəal Məsih Alinecada qarşı sui-qəsdin təşkilində təqsirli hesab edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, onlara qarşı ümumilikdə beş maddə - sifarişli qətl, sifarişli qətlin yerinə yetirilməsi məqsədilə sözləşmə, çirkli pulların yuyulması məqsədilə sözləşmə, hədə-qorxu ilə tələb etmək məqsədilə adam öldürməyə cəhd, odlu silahın saxlanılması və istifadəsi üzrə ittihamlar irəli sürülüb.
Bildirilir ki, qətl 500 000 ABŞ dolları müqabilində planlaşdırılıb.
Cinayət işi üzrə yekun qərar sentyabr 17-də elan ediləcək.
Qeyd edək ki, 48 yaşlı Məsih Alinecad 2009-cu ildə İranı tərk edib və Nyu-Yorkda yaşayır.
Oxşar xəbərlər
Xırdalanda gənc qız itkin düşüb
Xırdalanda 17 yaşlı qız itkin düşüb. BAKU.WS xəbər verir ki, bu barədə report-a onun yaxınları bildirib. Bildirilib ki, Xırdalan şəhəri Şəfiqə Əfəndizadə küçəsi...
