ABŞ-də Brown Universitetində silahlı hücum: ölən və yaralananlar var
ABŞ-nin Rhode Island ştatının Providence şəhərində yerləşən Brown Universitetində silahlı hücum baş verib. Hadisə nəticəsində iki tələbə həyatını itirib, doqquz nəfər yaralanıb.
Məlumata görə, hücum şənbə günü imtahanların keçirildiyi binalardan birində baş verib.
BAKU.WS xəbər verir ki, silahlı şəxs sinif otağına daxil olaraq atəş açıb və hadisə yerindən qaçıb. Şübhəlinin saxlanılması üçün kampus ərazisi mühasirəyə alınıb, yüzlərlə polis əməkdaşı axtarışlara cəlb olunub.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların əksəriyyətinin vəziyyətinin ağır, lakin stabil olduğu bildirilir. Ölən və yaralananların kimliyi hələlik açıqlanmayıb.
Universitet rəhbərliyi təhlükəsizlik səbəbilə kampusun bəzi hissələrində tələbələrə yerlərini tərk etməməyi tövsiyə edib, planlaşdırılan imtahanlar isə ləğv olunub.
Hadisə ilə bağlı ABŞ Prezidenti Donald Tramp və Rhode Island ştatının qubernatoru başsağlığı verib. Araşdırma davam edir, hücumun motivi və şübhəlinin universitetlə əlaqəsi hələlik məlum deyil.
Oxşar xəbərlər
Goranboyda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib
Goranboyda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Bakı Qazax magistralının rayon ərazisindən keçən hissəsi...