Abbasqulu ağa Bakıxanovun doğulub böyüdüyü ev qəzalı vəziyyətə düşüb
01
apr
2026
11:20
Abbasqulu ağa Bakıxanovun Bakının Əmircan qəsəbəsində doğulub boya başa çatdığı ev şiddətli yağışlardan sonra qəzalı vəziyyətə düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.
Bildirilir ki, son günlər müşahidə olunan güclü yağışlar nəticəsində tikilinin vəziyyəti xeyli pisləşib.
Qeyd olunur ki, evin bəzi divarlarında ciddi çatlar yaranıb, hətta müəyyən hissələrdə uçqun baş verib. Hazırda bina tamamilə uçma təhlükəsi ilə üz-üzədir.
Tarixi və mədəni əhəmiyyət daşıyan bu evin mövcud durumu ictimaiyyətdə narahatlıq doğurub.
Oxşar xəbərlər
Universitetin həyətində tələbə qıza itlər hücum etdi
Bakıda tələbə qıza sahibsiz itlər hücum edib. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə ADİU-nun arxa həyətində qeydə alı...