ABŞ prezidentinin Bakıdakı binasından adı sökülür - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nəsimi rayonunda yerləşən məşhur "Trump Tower” otelin adı sökülür.
"Qafqazinfo”nun məlumatına görə, söküntü işləri hazırda davam edir. 33 mərtəbəli yelkənə bənzər göydələnin özünün sökülüb-sökülməyəcəyi barədə hələ məlumat yoxdur. Otelin tikinti işləri ötən il yekunlaşsa da, onun fəaliyyət göstərməsi ilə bağlı informasiya verilməyib.
Qeyd edək ki, ötən ilin sonunda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın şirkəti Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan etmişdi. Trump Organisation şirkətinin icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin kəsilməsini "ev təmizliyi" adlandırmışdı.
Xatırladaq ki, bu binanın Azərbaycanda olan tərəfdaş şirkəti - təsisçisi Azərbaycanın nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus "Qarant” holdinqdir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda otel sökülür
Bakı şəhəri, Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən dördmərtəbəli "Araz” oteli sökülür. "Report”un məlumatına görə, söküntü ilə əlaqədar otelin içərisin...