Bakıda əcnəbi qadın intihar edib. BAKU.WS xəbər verir ki, Səbail Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisindəki mənzillərdən birində yaşayan Çad respublikasının vətəndaşı, 1978-ci il təvəllüdlü Nicole Remadji Moarom-Ba özünü yaşadığı evdə asıb. Onun asılmış meyiti ailə üzvləri tərəfindən aşkar edilib.

Hələlik onun hansı səbəbdən canına qəsd etdiyi məlum deyil.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bu ilin yanvar ayında da Səbail rayonunda əcnəbi vətəndaş intihar edib. 1987-ci il təvəllüdlü Banqladeş vətəndaşı Mohaad Məhəmməd Badamdar qəsəbəsində kirayə qaldığı evdə özünü asıb. Özünü öldürən şəxs subay olub və intihar etdiyi evdə tək yaşayırmış.

BAKU.WS