VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Nəqliyyat Agentliyi “BakuBus” avtobus qəzası ilə bağlı rəsmi açıqlama verib.

Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu gün səhər 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində heç kim xəsarət almayıb.

***11:17

“BakuBus” avtobusu qəzaya uğrayıb.

Bu barədə BAKU.WS-in “qaynar xətt”inə məlumat verilib.

Bildirilir ki, qəza Neftçilər prospekti, "Park bulvar"ın qarşısında baş verib.

“BakuBus” şirkətinə məxsus 18 metrlik sərnişin avtobusu yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində xəsarət alanın olub-olmaması barədə məlumat verilməyib.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO