VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2 ay bundan əvvəl şor gölündən gələn üfunət iyindən bütün Bakı şikayət edirdi. Məsələ bir günün içərisində həllini də tapmışdı. İndi təsəvvür edin ki, o cür qoxusu olan bir su kanalının düz yanında yaşayırsınız və illərdir davam edən bu problem elə uzun illərin problemi olaraq hələ də qalır.

BAKU.WS xəbər verir ki, BAKU.TV mövzuyla bağlı reportaj hazırlayıb.

Binə, Ramana ərazisindən gələn bu sulara kanalizasiya suları desək, heç də yanılmarıq. Halbuki bu sular əslində mədən suları imiş.

Bir neçə il bundan əvvələ qədər bu ərazi, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsinə qədər olan hissə betonlandı, amma bundan sonrakı hissə hələ də açıq qalıb. Bu, burada yaşayan insanlar üçün, eyni zamanda heyvanlar üçün də təhlükə mənbəyidir.

Hövsan qəsəbəsindəki bu məhəllənin problemləri bitmək bilmir. Gördüyünüz kimi məsələ təkcə kanalın üzərinin açıq olması deyil.

Məhəllədə kanalizasiya sisteminin olmaması səbəbilə bütün çirkli sular da elə bu açıq kanala axıdılır. Ona görə də üfunət iyindən bu məhəllədə dayanmaq olmur.

Çirkli suların axdığı həmin kanalın sonuna gəldik. Burada, gördüyünüz kimi, təmizləyici qurğu var, amma işləmir. Elə buradan da həmin o çirkli sular davam edir və dənizə tökülür.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyətli qurumlara, icra və bələdiyyə orqanlarına müraciət etmələrinə baxmayaraq, problem hələ də həllini tapmayıb.

Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyəti ilə əlaqə cəhdimiz baş tutmadı. Dəfələrlə zəng etməmizə baxmayaraq, cavab ala bilmədik.

Ümidvarıq ki, məsələ bu şəkildə qalmaz. Uzun illərdir sakinləri narahat edən bu problem də tezliklə öz həllinə tapar.

BAKU.WS
VİDEO