SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Rusiya strateji tərəfdarı kimi müqavilələrə uyğun olaraq Azərbaycana silah satışına davam edəcək".
 
BAKU.WS-in məlumatına görə, bu haqda Rusiyanın baş nazirin müavini Dmitri Roqozin bildirib. Onun sözlərinə görə, Rusiya Federasiyası və Azərbaycan arasında 2010-2017-ci illəri əhatə edən müqavilə var və həmin razılığa əsasən RF qonşu ölkəyə hərbi texnikanın böyük partiyasının çatdıracaq. 

KİV yazır ki, müqavidə T-90S və BMP-3 (təxminən 100 maşın), həmçinin özüyeriyən artilleriya, reaktiv sistemlər və alovsaçan sistemlərinin satışından söhbət gedir. Ekspertlər qeyd edirlər ki, müqavilələrin ümumi dəyəri 1 milyard dollardır. 

2010-cu ildə imzalanan daha bir müqaviləyə əasən Azərbaycan Rusiyadan 24 ədəd "Mi-35M" həbri vertolyotu alacaq. 
 
Qeyd edək ki, bir neçə gün öncə Ermənistan prezidenti Serj Sarkisyan mətbuata açıqlamasında Rusiyanın Azərbaycana silah satışını dayandırmasını istəyib. 
 
BAKU.WS