VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Narkotik tərkibli bitkilərin aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan şəxslərə qarşı Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

BAKU.WS Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Şöbəyə rayonun Nərəcan kəndi ərazisində meşəlik sahədə külli-miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb.

Həyata keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Xaçmaz rayon sakini Azad Cəbiyev iş başındaca, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıb.

Onun çətənə kollarını əkdiyi sahəyə baxış zamanı ümumi çəkisi 140 kiloqram olan 97 ədəd narkotik tərkibli çətənə bitkisi, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi 4 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Azad Cəbiyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

BAKU.WS
VİDEO