SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda 27 yaşlı müəllim özünü yaşadığı binanın pəncərəsindən atıb.

BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib:

"121 nömrəli tam orta məktəbdən hadisə ilə bağlı verilən məlumatda bildirilir ki, məktəbin ibtidai sinif müəllimi İsayeva Naidə Namiq qızı 16 sentyabr tarixində özünü Nərimanov rayonunda yaşadığı binadan aşağı atıb.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə Bakıda 27 yaşlı müəllimin vəfat etməsi ilə bağlı məlumat paylaşılıb.

BAKU.WS