Bakıda kuryer qəzaya uğradı - VİDEO

Son günlər Bakıda motosikletlə işləyən kuryerlərin qəzaya uğraması halları artıb.
BAKU.WS xəbər verir ki, belə hadisələrdən biri də bu gün saat 12 radələrində Bakının Nəsimi rayonu ərazisində qeydə alınıb.
“Wolt” şirkətinin kuryeri Kövkəb Səfərəliyeva küçəsində motosikletlə hərəkətdə olarkən qarşıdan gələn "Mercedes" markalı, 07BJ 199 markalı avtomobillə toqquşub.
Qəza nəticəsində kuryer xidməti göstərən motosiklet sürücüsü bədən xəsarətləri alıb.
Avtomobilin sürücüsü BAKU.WS-ə açıqlamasında bildirdi ki, qəzada günahı olmayıb:
"Yaşıl işıqda dönmə əməliyyatını yerinə yetirərkən qarşıdan gələn motosiklet sürücüsü qarşıma çıxdı. Sürətlə hərəkət etdiyi üçün aşdı və başı yerə dəydi".
Hadisənin görüntüsünü təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr
Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb? 2019-cu...
