SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında Bakının Nəsimi rayonu ərazisində sərnişin avtobusunun sürücüsü sərnişinləri təhqir edib.

Bu barədə hadisə şahidi Nadir Axundov BAKU.WS-ə məlumat verib.

Paytaxt sakini bildirib ki, bu gün səhər saat 9 radələrində Mərkəzi Bankın yaxınlığındakı dayanacaqda 2 saylı “BakuBus” avtobusunun sürücüsü sərnişinləri təhqir edib.

Mübahisə sürücünün dayanacaqda dayanmasına baxmayaraq, qapını açmaması səbəbindən yaranıb. Sərnişinlər buna etiraz etdikdə, sürücü onları təhqir edib.

Bununla kifayətlənməyən sürücü avtobusdan aşağı düşərək əl-qol hərəkətləri ilə qadınla uca səslə danışmağa başlayıb.

Digər sərnişinlər məsələyə müdaxilə etdikdə isə sürücü onları da təhqir edib.

Sürücü sonradan qabaqdangəlmişlik edib, dispetçerlə əlaqə saxlayıb. Sürücü sərnişinlər tərəfindən söyüldüyünü deyib.

Hadisənin görüntülərini təqdim edirik:

BAKU.WS
VİDEO