SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Erməni təxribatı nəticəsində şəhid olan daha iki hərbçimiz dəfn edilib.
 
BAKU.WS xəbər verir ki, son döyüşlərdə qəhrəmancasına şəhid olmuş 30 yaşlı Rail Elman oğlu Novruzov bu gün doğulduğu Xızının Gileyi qəsəbəsindəki qəbristanlığında dəfn edilib. Dəfn mərasimində Xızının Səfərbərlik və Hərbi Cağırış  üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəsmiləri, ictimaiyyət və qəsəbə sakinləri, qulluq etdiyi hərbi hissənin nümayəndələri, Daxili Qoşunların hərbçiləri də iştirak ediblər.

Şəhidin atası Elman Novruzov ailənin üçüncü övladı olan Ravinin Vətən uğrunda şəhid olmasından qürur duyduğunu gizlətməyib. Bildirib ki, özü nun  yaşı imkan versə, cəbhəyə gedər və döyüşə hər an hazırdır. Şəhidin ruhuna dualar oxunub, hərbçi yoldaşları onun xatirəsinə ehtiram olaraq  3 dəfə yaylım atəşi açiblar.

Daha bir şəhidimiz isə Göygöldə dəfn edilib. Sərxan Bağırov rayonun Almedet kəndindən olub. Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan S.Bağırov 1997-ci ildə anadan olmuşdu. Ailənin yeganə övladı olan Sərxanın dəfn mərasimində bütün kənd camaatı ilə yanaşı Müdafiə nazirliyinin yüksək rütbəli şəxsləri, İcra başçısı və hərbçi yoldaşları da iştirak edib. 
 
BAKU.WS