Tovuzda yaşayış binasının zirzəmisindən mərmi tapıldı - Sakinlər təxliyə edildi - FOTO

Tovuz rayonunda yaşayış binasının zirzəmisindən partlamamış mərmi tapılıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, mərmi rayonun Xəqani küçəsi bina 8 ünvanında 5 mərtəbəli binanın zirzəmisində aşkar edilib.
Tapılan yanmış vəziyyətdə 82 mm mina atan mərmisidir.
Əraziyə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) əməkdaşları cəlb edilib. Binada yaşayanlar ərazidən təxliyə edilib. Hazırda mütəxəssislər tərəfindən ərazidə əməliyyat tədbirləri davam etdirilir. Əlavə mərmi və ya partlayıcıların olub-olmaması araşdırılır.
Axtarış işlərinə xüsusi itlər də cəlb edilib.
Qalereya
Oxşar xəbərlər
Cocuq Mərcanlıda 166 mina tapılıb
Cocuq Mərcanlı kəndində 26 ədəd piyada əleyhinə mina və 140 ədəd tank əleyhinə mina aşkar olunub.BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ə...