SİZİN REKLAM BURADA!
055 213 76 73


 

ABŞ-da yenidən dəhşətli hadisə yaşanıb. 

BAKU.WS-in məlumatına görə, Virciniya ştatının televiziya kanallarının birinin müxbir və operatoru canlı yayımda öldürülüblər. Cinayətkarın, kanal ilə problem yaşayan köhnə bir işçi olduğu bildirilir.

Amerika CBS telekanalının Virciniya ştatındakı bürosundakı müxbiri və operatoru, canlı yayımda olduqları vaxt Vester Li Flanaqan adlı şəxsin açdığı atəş nəticəsində həyatlarını itiriblər.

Hadisə müxbir Alison Parkerin bir turistdən müsahibə aldığı vaxt baş verib. Daha sonra operator Adam Vardı vuran Vester qaçmağa başlayıb.

Bütün bunlar operatorun kamerasına anbaan düşdüyü üçün aidiyyatı qurumlar qatilin kimliyini qısa müddətə müəyyənləşdirə biliblər. Lakin cinayətkarı həbs edə bilməyiblər. Hadisədən sonra intihar edən Vester xəsətəxanada dünyasını dəyişib.

Vircina rəsmisi Terri Makolif hadisəyə aydınlıq gətirib. Terri mətbuata açıqlamasında qatilin öldürülən şəxslərlə eyni kanalda çalışdığını və iş yeri ilə problemləri olduğunu bildirib. Hadisənin terror aktı ilə heç bir əlaqəsi olmadığını söyləyib.

Ayşən AYxan
BAKU.WS