9500 manat oğurlamaqda şübhəli bilinən qadın tutulub

Bakının Nərimanov rayonunda yerləşən evlərin birindən oğurluq edilib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, zərərçəkən şəxs yaşadığı mənzildən 9500 manatın naməlum şəraitdə talanması barədə polisə məlumat verib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı G.Xəziyeva müəyyən olunaraq saxlanılıb.
Daha bir oğurluq hadisəsi isə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən qazanxanaların birindən 500 manat dəyərində əlvan metal qurğuları oğurlamaqda şübhəli bilinən 29 yaşlı R.Nəsibli, 25 yaşlı İ.Əhmədov, həmyaşıdı Y.Ağayev və 20 yaşlı A.Əliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlunun həbs müddəti uzadıldı
Rusiyada hökumət nümayəndəsinə qarşı zorakılıq işi üzrə həbs edilən Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlu Mütvəli Şıxlinskinin həbs qətimkan...
