720 mm-lik diametri olan Qalmaz-Qazimməməd 2 xətt qaz kəmərinin 23-cü km-də saat 20:55 radələrində qəza hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

İ.Əhmədov bildirib: "Qaz kəməri 1975-ci ildə istismara verilib. Bu kəmər daxili paylama sistemində işləyir. Digər magistral qaz kəmərləri ilə əlaqəsi yoxdur. Hadisə lokallaşdırılıb, xətti kranlar hər iki tərəfdən bağlanıb, şam kranları açılıb, alov, demək olar ki, söndürülüb. Hadisə nəticəsində Respublikanın heç bir yerində məhdudiyyətlər olmayıb, qaz təchizatında fasilələr gözlənilmir. Bütün strateji obyektlər qazla təmin olunur".

22:26

Fövqəladə Hallar Nazirliyi Hacıqabulda baş verən yanğınla bağlı məlumat yayıb.

Bununla bağlı Nazirliyin rəsmi saytında məlumat dərc edilib:

“İlkin məlumata əsasən, Hacıqabul rayonunda çöllük ərazidə qaz xəttində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək”.

21:32

Hacıqabul rayonu ərazisində yanğın başlayıb.

BAKU.WS-in məlumatına görə, hadisə Nəvai qəsəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib.

BAKU.WS
VİDEO