Tovuz rayonunda azyaşlını avtomobil vurub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, azyaşlı yolu keçmək istəyərkən "VAZ-2107" markalı avtomobillə vurulub. Xəstəxanaya yerləşdirilən uşağın vəziyyəti ağır qiymətləndirilir.

BAKU.WS