SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə mağazalardan birində oğurluq faktı qeydə alınıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

Ərzaq mağazasına müştəri qismində gələn, təxminən 30 yaşlarında olan şəxs mağaza sahibi Əhmədli Sulidin Əhməd oğluna məxsus mobil telefonu oğurlayaraq qaçıb.

Baş verən hadisə mağazada quraşdırılan müşahidə kamerasına anbaan düşüb.

Zərərçəkən BAKU.WS-in bölgə müxbirinə bildirib ki, o faktla bağlı hüquq mühafizə orqanlarına müraciət edib.

BAKU.WS
VİDEO