SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Türkiyənin İstanbul şəhərində qəribə hadisə baş verib.
 
BAKU.WS-in məlumatına görə, Murat Ç. adlı şəxs həyat yoldaşının onu aldatdığından şübhələnərək bacısı ilə plan qurub. Evi basan Murat arvadı ilə aşiqini yataq otağında tutub. Böyük şok yaşayan ər, mübahisə zamanı həyat yoldaşının sevgilisi tərəfindən döyülüb. Murat Ç.-nin şikayətindən sonra cinayət işi açılıb. 

Filmlərə mövzu olacaq hadisə 9 yanvarda baş verib. Murat Ç. və Zeynep Ç. cütlüyü 3 illik evli olublar. Evliliklərinin son aylarında davamlı olaraq dalaşan ər və arvad arasında münasibət korlanmağa başlayıb. Murat arvadının ona xəyanət etdiyini sübut etmək üçün evə qayıtdıqda bir kişinin yataq otağındakı şkafda gizləndiyini görüb. Daha sonra baş verən mübahisə zamanı qadının sevgilisi onun ərini yaxşıca döyüb. 
 
Bundan sonra polisə müraciət edən Murat onu döyən şəxsin həbs olunmasını tələb edib. Məhkəmədə qadının sevgilisinə 3 il həbs istənib. 
 
BAKU.WS