93 yaşlı qadını gəlini küçəyə atdı - VİDEO
93 yaşlı Gövhər Əhmədova gəlini tərəfindən zorakılığa məruz qalaraq küçəyə atıldığını deyir.
BAKU.WS Xezerxeber-ə istinadən xəbər verir ki, Gövhər Əhmədovanın sözlərinə görə, gəlini onu hər gün döyüb, zülm verirmiş. Oğlu rəhmətə gedəndən sonra gəlininin himayəsində qalan qadının elə qara günləri də bundan sonra başlayıb.
Gövhər Əhmədova həmçinin bildirir ki, gəlini ona yemək belə verməyib. Pensiya almağına baxmayaraq, ona pensiyanın hec üzünü də göstərmir.
Hətta qoca qadının iddialarına görə, özünün Gəncədə evi olub. O evi də gəlini və nəvəsi əlindən alaraq satıb. Onu da belə küçələrdə qoyublar.
Hazırda yaşlı qadın qonşuluqda bir evdə qalır. Amma qaldığı evin sahibəsi də artıq ona baxa bilmədiyini deyir.
Yaşlı qadının gəlini isə qayınanasının dediklərini təkzib etdi. Onun sözlərinə görə, qayınanasına həmişə yaxşı baxıb və ona qarşı hər hansı bir neqativ addım atılmayıb.
Gülnarə Əhmədovanın sözlərinə görə, qayınanasının problemləri olduğu üçün dediklərini qavramır. Hətta evdən getdiyinə dair polisə də müraciət edblər ki, onu evə qaytarsınlar.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda müəllimə 82 yaşlı qadının başına zibil tökdü, sonra döydü
Azərbaycanda orta məktəb müəllimi 82 yaşlı həmkəndlisini döyüb. BAKU.WS aznews.az-a istinadən bildirir ki, hadisə Qazax rayonunda baş verib. Məlumata görə, Vid...