Azərbaycanda müəllimə 82 yaşlı qadının başına zibil tökdü, sonra döydü

Azərbaycanda müəllimə 82 yaşlı qadının başına zibil tökdü, sonra döydü
Hadisə 1174

 

Azərbaycanda orta məktəb müəllimi 82 yaşlı həmkəndlisini döyüb.

BAKU.WS aznews.az-a istinadən bildirir ki, hadisə Qazax rayonunda baş verib. Məlumata görə, Vidadi Göşşüyev adına Çaylı kənd 1 saylı tam orta məktəbin tarix müəllimi Dusiya Məmmədova ilə qonşusu arasında mübahisə zibil üstündə yaranıb.

Belə ki, evinin yaxınlığında zənbildə zibil qoyulduğunu görən müəllimə onu təpiklə vurub, ətrafa yayıb. Səsə çıxan 82 yaşlı qadın müəlliməyə "zibili niyə dağıdırsan", - deyə irad bildirəndə qonşular arasında mübahisə düşüb. Tərəflərin mübahisəsi əlbəyaxa davaya kimi böyüyüb. Müəllimə zibili yerdən götürüb yaşlı qadının başına töküb. Qoca qadın isə ona qarşılıq verəndə müəllimə onu yerə yıxaraq saçını yolub, üz-güzünə xəsarətlər yetirib.

Şahidlərin sözlərinə görə, müəllimə qoca qadını döydüyü vaxt kürəyində 6 aylıq uşaq var imiş. Müəllimə yeni doğulmuş uşağını şalla belinə bağlayıbmış.

Qoca qadının qonşulara bildirdiyinə görə, müəlliməyə müqavimət göstərməməsinin səbəbi də uşaq olub.

Yaşlı qadının yaxınları qonşuluq münasibətlərinə görə polisə şikayət etməkdən imtina edib. Onlar müəllimənin gəlib üzr istəməsini tələb ediblər, bununla da məsələnin bağlanacağına söz veriblər.

Sözügedən məktəbin direktoru Çəməngül İsmayılova məsələdən xəbərdar olanda isə "qələt eləyib, deyərəm gedib üzr istəyər" deyib. Amma buna baxmayaraq müəllimə yaşlı qadından üzr istəməyib.

Dusiya Məmmədovanın həyat yoldaşı Vaqif Piravdıyev isə döyülən qadının yaxınlarına "Haqq eləyib, yaxşı edib döyüb" deyib.

Qazax rayonunun Təhsil Şöbəsinin tədris hissə müdiri Məhəmməd Cəfərov aznews.az-a açıqlamasında baş verən olaydan xəbərsiz olduqlarını bildirib: "Günün ikinci yarısına kimi məsələ araşdırılacaq. Məktəbin direktoru və müəllim bura dəvət olunacaq".

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər