90 minlik dələduzluqda ittiham olunan şəxs Azərbaycana gətirildi
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Serbiyada müəyyən edilən daha bir şəxsin iyulun 19-da Azərbaycana ekstradisiyası həyata keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2023-cü ildə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə müxtəlif vaxtlarda zərərçəkmiş şəxsə yalan vədlər verməklə ona külli miqdarda, yəni 90.869 (90 min 869 manat) manat məbləğində ziyan vurmaqla dələduzluq etməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan vətəndaşı Səbuhi Elburus oğlu Məmmədovun yeri Serbiyada müəyyən olunub və o, həbs edilib.
Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu, dövlətin beynəlxalq nüfuzunu və Serbiyanın Azərbaycan üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiqləyir.
Səbuhi Elburus oğlu Məmmədov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Serbiyanın Belqrad şəhərindən Azərbaycana gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridaxanasına yerləşdirilib.
Oxşar xəbərlər
Zərdabda otbağlayan aqreqatın təkərinin altında qalan azyaşlı ölüb
Zərdabda 3 yaşlı uşaq ehtiyatsızlığın qurbanı olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb. Belə ki, 2023-cü...