SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağstafa rayonunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, Poylu kəndində qeydə alınan hadisədə avtomobil körpüdən aşıb və 3 nəfər yaralanıb. Onlardan ikisinin adı məlum olub. Belə ki, rayon sakinləri 41 yaşlı Həsən Abdullayev və 29 yaşlı Vidadi İbrahimov Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onların vəziyyəti orta ağır qiymətləndirilir. İlkin məlumata görə, qəza yüksək surət səbəbindən baş verib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Qəzanın təfərrüatları dəqiqləşdirilir.

BAKU.WS