Bakıda karantin rejiminin tələbləri belə pozuldu - VİDEO
Bakıda iki bankın filialları qarşısında böyük növbə yaranıb.
Bu barədə BAKU.WS-in "qaynar xətt"inə məlumat daxil olub.
İzdihamlı növbələr Bakıxanov qəsəbəsində qeydə alınıb. İnsanlar təqaüdlərini almaq, kommunal xərcləri ödəmək üçün "Bank of Baku" və “Azərbaycan Beynəlxalq Bankı”nın qarşısında növbələr yaradıblar. Belə olan halda sosial məsafə nəzərə alınmayıb, koronavirus təhlükəsi arxa planda qalıb.
Qeyd edək ki, ölkədə koronavirus infeksiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi zamanı növbə problemi özünü qabarıq şəkildə göstərir. Ayın sonlarında, yaxud əvvəlində maaşlar, təqaüdlər verilərkən bank filialları və bankomatların qarşısında bu tip xaotik vəziyyət müşahidə olunur.
Qalereya
Oxşar xəbərlər
Bank kartlarından pullar necə oğurlanır? – Müdhiş fırıldağın izi ilə
Banklar informasiya və maliyyə təhlükəsizliyi sahəsində olan çoxsaylı çatışmazlıqları gizlətsə də, internet üzərindən vətəndaşların bank kartlarındakı pullarını...