SİZİN REKLAM BURADA!
055 213 76 73



 
Dünən Bərdə rayonunda törədilmiş qətl hadisəsinin səbəbi məlum olub.
 
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, mərhum müğənni Vidadi Bərdəlinin qeyri-rəsmi nikahdan dünyaya gəlmiş oğlu, 26 yaşlı Tural Allahverdiyev 24 yaşlı Məkan Rüstəmovu 85 manat pula görə qətlə yetirib.

Bəlli olub ki, müğənnini oğlu Bərdə rayon Mənzil Kommunal İstismar Sahəsində işləyib və məişət tullantılarının toplanması ilə məşğul olurmuş. O, tullantılar arasından topladığı butulka və əlvan metalları M.Rüstəmova satırmış. Beləliklə, M.Rüstəmovun T.Allahverdiyevə borcu yaranıb.

Dünən T.Allahverdiyevlə M.Rüstəmov arasındakı münaqişə də məhz həmin alverdən yaranmış 85 manat borc üstündə baş verib. Əvvəllər xuliqanlıq etdiyinə görə məhkumluq həyatı yaşamış 26 yaşlı Tural bıçaqla M.Rüstəmova 3 zərbə endirərək onu öldürüb.

Xatırladaq ki, mərhum müğənninin rəsmi nikahı olan xanımından 4, qeyri-rəsmi yaşadığı ikinci xanımından isə 2 övladı var. Tural Allahverdiyev isə Vidadi Bərdəlinin nikahdankənar evliliyindən dünyaya gəlib. 
 
BAKU.WS