Çində heyvan dilindən insan dilinə tərcümə edən süni intellektin hazırlanmasına start verilib

Çində heyvan dilindən insan dilinə tərcümə edən süni intellektin hazırlanmasına start verilib
Digər 97

Çin texnologiya nəhəngi Baidu heyvanların "danışığını" insan dilinə tərcümə edə biləcək süni intellekt (Sİ) tərcüməçisinin hazırlanmasına başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə South China Morning Post nəşri məlumat yayıb. Jurnalistlərin əldə etdiyi patent sənədlərinə əsasən, sistem heyvanların səs siqnallarını, bədən dilini və bioloji dəyişikliklərini analiz edərək onların davranışlarını şərh etməyə çalışacaq. Bu məqsədlə maşın öyrənməsi texnologiyasından istifadə olunacaq.

Hazırda texnologiya "Doktor Dulittl" səviyyəsində birbaşa ünsiyyət imkanları vəd etməsə də, ev heyvanlarının ac olduğunu, narahatlıq keçirdiyini və ya diqqət istədiyini anlamaqda kömək edə bilər. Tərcümələr müxtəlif göstəricilərə - hürmənin tonu, pozanın və davranışın dəyişməsi kimi faktorlar əsasında aparılacaq.

Qeyd edək ki, bu, heyvanlar üçün ilk tərcüməçi cəhdi deyil. 2002-ci ildə "Time" jurnalı Yaponiyada hazırlanmış it hürməsini tərcümə edən cihazı ilin ən yaxşı ixtiralarından biri kimi tanımışdı.

Lakin bu cür layihələr indiyədək əyləncə xarakterli qadcetlərdən o tərəfə keçə bilməyib. Baidu şirkətinin layihəsi uğurla həyata keçirilərsə, bu, ev heyvanı sahibləri üçün əsl texnoloji irəliləyiş ola bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

BASF şirkəti rəqibi "Evonik"i 8 milyard avroya ala bilər

BASF şirkəti rəqibi "Evonik"i 8 milyard avroya ala bilər

Almaniyanın ən böyük kimya şirkəti BASF bazar dəyəri 8 milyard avronu aşan rəqibi, ixtisaslaşmış kimyəvi maddələr istehsalçısı "Evonik"i almaq imkanlarını nəzər...

29 Digər 23:36 25 sentyabr 2026

Son xəbərlər