SİZİN REKLAM BURADA!
055 213 76 73


 


 
Bakıda yol polislərinin gözü qarşısında yol hərəkəti haqqında qaydanı kobud şəkildə pozduğu üçün 88 saylı avtobus sürücüsü işdən kənarlaşdırılıb.

 

Bu barədə Çinar Trans MMC-nin direktoru Etibar Manafov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, hadisədən xəbər tutan kimi şəxsi təşəbbüsü ilə həmin avtobusun sürücüsü Allahverdi Əkbərov yol polisinə aparılıb. Onun barəsində yol hərəkəti haqqında qanunu pozduğu üçün cərimə yazılıb. Bundan sonra həmin sürücü işdən kənarlaşdırılıb.

Sürücü Allahverdi Əkbərov isə qaydanı yolda tıxac yarandığı üçün və qrafiki pozmaq istəmədiyi üçün pozduğunu deyib. 

 

Qeyd edək ki, dünən təxminən saat 18:30-da 88 saylı avtobusun sürücüsü idarə etdiyi avtobus, mikrorayon istiqamətindən Azadlıq prospektinə keçərkən 2 halda kobud qəza şəraiti yaradıb

Ziya Səccad
BAKU.WS