SİZİN REKLAM BURADA!
055 213 76 73


2019-cu il iyunun 10-da Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən Elmi Cərrahiyyə Mərkəzinin həyətində dəhşətli qətl baş verib.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə mərkəzin qeydiyyat şöbəsində işləyən 41 yaşlı Xavər İbrahimovanın yanına səhər saatlarında həyat yoldaşı gəlib və bu səbəbdən qadın onunla söhbət etmək üçün həyətə çıxıb.

Təxminən 5-10 dəqiqədən sonra isə ağır cinayət törədilib. Hadisədən sonra həmin şəxs ərazidən uzaqlaşıb, lakin mühafizəçi onu təqib edib və Yeni Yasamal, 1 ünvanında rastına çıxan polis əməkdaşına yaxınlaşıb və hadisə barədə məlumat verib.

Polis əməkdaşı kəsici aləti müqavimətsiz ondan alıb və sonra birlikdə 29-cu polis şöbəsinə gediblər.

İstintaqla müəyyən edilib ki, Faiq İbrahimov 2011-ci ildən qeyri-rəsmi nikahda olduğu Xavər İbrahimova ilə iyunun 7-də telefonla əlaqə saxlayaraq, mübahisə edib. Qadını öldürmək qərarına gələn İbrahimov Elmi Cərrahiyyə Mərkəzinə yollanıb.

Mərkəzin həyətində aralarında olan söhbət zamanı Xavərdən ona xəyanət edib etmədiyini soruşduqda sonuncu bunu etiraf edib. Faiq İbrahimov çantasından çıxardığı bıçaqla Xavər İbrahimovaya xəsarətlər yetirdikdən sonra, qadın yerə yıxılıb. Yalvarışlarına baxmayaraq boynundan tutub və onun boğaz nahiyəsini kəsib.

İş üzrə dindirilmiş Faiq İbrahimov bildirib ki, Xavərlə ayrıldıqdan sonra barışmaq üçün onun yaşadığı ünvana gedib. Həyətdə dayanıb eyvanına baxdıqda, orda tanımadığı və qadının qohumlarından olmayan bir kişinin dayanıb, telefonla danışdığını görüb.

Xavərin xəyanət etdiyini düşünüb, onun istifadəsindəki mobil nömrələrə zəng etsə də, sonuncu cavab verməyib. Dərhal qalxıb mənzilin qapısını döysə də, Xavər qapını açmayıb, evdə olan şəxsin kim olduğunu soruşduqda, qadın icəridə heç kimin olmadığını bildirib. Faiq qışqırıb, qapını açmasını tələb etdikdə, İbrahimova DİN “102” xidmətinə zəng edib, şikayət edib. Abşeron RPİ-də izahatları alındıqdan sonra, hər ikisini sərbəst buraxıblar. Faiq İbrahimov qeyd edir ki, daha sonra Xavərlə iş yerinin həyətində söhbət etdiyi zaman, niyə xəyanət etdiyini soruşduqda, sonuncu onun acığına etdiyini və “kişisənsə başımı kəs, bunun sənə aiddiyyəti yoxdur” sözlərini deyib. Bundan sonra Faiq bir anlıq özünə nəzarəti itirib və Xavəri qətlə yetirib.

Şahid Rəşad Rəsulov bildirib ki, atasını xəstəliyi ilə əlaqədar müayinə olunması üçün 2019-cu ilin yanvar ayında “Topçubaşov” adına Elmi Cərrahiyyə Mərkəzinə aparıb və qeydiyyat şöbəsində işləyən Xavər İbrahimova ilə tanış olub. Söhbət zamanı qadın 7-8 il ailəli olduğunu, sonra isə ərinin verdiyi əzablara dözə bilmədiyindən ayrıldıqlarını bildirib. May ayında 3 dəfə Xavərin kirayə yaşadığı mənzildə olub. İyunun 11-də sosial şəbəkədə Elmi Cərrahiyyə Mərkəzinin qarşısında qadının həyat yoldaşı tərəfindən öldürüldüyünü bilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Faiq İbrahimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

BAKU.WS
VİDEO