VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Ankarada törədilmiş terror aktı nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığı araşdırılır".

Bu barədə məlumatı BAKU.WS-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev verib. Onun sözlərinə görə, Türkiyənin müvafiq qurumları vıə Azərbaycanın Ankaradakı səfirliyi tərəfindən araşdırma aparılır.

Türkiyəni qana bulayan terror hadisəsi martın 13-də baş verib. Ankaranın Kızılay meydanında dayanacaqda törədilən partlayış nəticəsində 34 nəfər ölüb, 125 nəfər yaralanıb.

BAKU.WS