VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Avqustun 2-də Bakının Sabunçu rayonu, Bilgəh-Nardaran yolunda baş verən zəncirvari yol qəzasının videogörüntüləri yayılıb.


BAKU.WS
-in məlumatına görə, videogörüntüdə "Range Rover” markalı 90 KX 010 nömrə nişanlı avtomobil sürətlə hərəkət edir və qarşısındakı "ZAZ” (Zaporojes) markalı maşını kənara atıb.


Qeyd edək ki, "Range Rover” markalı avtomobilin sürücüsünün müəyyənləşdirdik. BAKU.WS-in əldə etdiyi məlumata görə, qəzaya səbəb olan sürücü peşəkar idmançı, taekvondo üzrə beynəlxalq yarışların qalibi Fəqan Umudovdur. Hazırda o, Taekvando Federasiyasında kurator vəzifəsində çalışır.
 
Baş verən qəzadan sonra sürücünün qaçmasına gəlincə, əslində Fəqan Umudov hadisə yerindən qaçmayuıb. Bu barədə Taekvando üzrə Gənclərdən ibarət Yığma Komandanın baş məşqçisi, Fəqan Umudovun yaxın dostu Mamed Abdullayev BAKU.WS-ə açıqlamasında bildirib. Mamed Abdullayevin sözlərinə görə, əslində Fəqan Umudov deyildiyi kimi avtomobili 200 ilə yox, 140-150 km sürətlə sürürmüş.