ABŞ-dən müttəfiqlərinə İran ultimatumu: Ya Vaşinqtonu dəstəkləməli, ya da sanksiyalarla üzləşməlidirlər
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-ın İrana qarşı iqtisadi təzyiqi genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması ehtimalını azaldır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent CNBC telekanalının efirində bildirib. "Əgər İrana maksimum iqtisadi təzyiq göstəririksə, bu, çox güman ki, genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamayacağı anlamına gəlir", - deyə nazir bildirib.
Bessent ABŞ-ın ultimatum xarakterli yanaşmasına əsaslanan İranın iqtisadi təcrid strategiyasını açıqlayıb: müttəfiqlər ya Vaşinqtonu dəstəkləməli, ya da sanksiyalarla üzləşməlidirlər.
O vurğulayıb ki, İranla istənilən biznes əməliyyatı - bank köçürmələrindən neft ticarətinə və dəniz daşımalarına qədər - ABŞ Maliyyə Nazirliyi və hökumətinin ciddi təzyiqi ilə qarşılaşacaq. Onun sözlərinə görə, bu siyasətin məqsədi İran iqtisadiyyatının tamamilə çökməsinə nail olmaqdır.
"Financial Times" yazıb ki, ABŞ tərəfindən eskalasiyanın davam etdiriləcəyi təqdirdə İran Avropadakı ABŞ hərbi obyektlərinə zərbələr endirməyi nəzərdən keçirir. Mənbələr potensial hədəflər sırasında Bolqarıstan və Kiprdəki hərbi obyektlərin adını çəkirlər. Bununla yanaşı, NATO istənilən təhdidə qarşı durmağa və müttəfiqlərini müdafiə etməyə hazır olduğunu bildirib.
Gərginliyin artması fonunda "The Wall Street Journal"ın məlumatına görə, Tehran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) orduya təsirini gücləndirir, raket və pilotsuz uçuş aparatlarının istehsalını artırır və "böyük qarşıdurmaya" hazırlaşır.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...