SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda 8 Mart günü qanunsuz aksiya keçirən fəallardan biri intihara cəhd edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Orada yaşayan, 1996-cı il təvəllüdlü Aysel Ələkbərzadə 3-cü mərtəbədən özünü atıb. O, aldığı müxtəlif xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, A.Ələkbərzadəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır və hazırda reanimasiyadadır.

Qeyd edək ki, A.Ələkbərzadə martın 8-də Bakının mərkəzində feminist qadınların təşkil etdiyi qanunsuz aksiyada iştirak edib. O, əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. Gənc fəal özünü binadan atmazdan əvvəl "Facebook”da intihar edəcəyini açıqlayıb.

Məsələ ilə bağlı cinayət işi açılıb, hazırda araşdırma aparılır.

BAKU.WS