SİZİN REKLAM BURADA!
055 213 76 73


Kürdəmirdə xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Sığırlı kəndində qeydə alınıb.

Belə ki, “Toyota Land Cruiser" markalı, "90-AA-047" dövlət seriya nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı nəqliyyat vasitəsinin sürücüsü də daxil olmaqla, beş nəfər müxtəlif növ bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıb.

Fakt araşdırılır.

BAKU.WS